featured-image-80586

“Roma” “Çelsi”nin müdafiəçisi Aksel Disasi transferini fəal şəkildə davam etdirir.

Msport.az xəbər verir ki, İtaliya klubu artıq həm London klubu, həm də oyunçunun nümayəndələri ilə əlaqə saxlayır.

“Göylər” oyunçu üçün ən azı 20 milyon avro istəyir. Aksel Disasi əvvəllər “Paris”, “Reyms” və “Monako”da oynayıb və 2023-cü ildən “Çelsi”də oynayır. O, əvvəllər “Aston Villa”ya icarəyə verilib və ötən mövsümün ikinci yarısını da icarə əsasında “Vest Hem Yunayted”də keçirib.

Disasinin bazar dəyəri 15 milyon avrodur. O, ötən mövsüm 20 matçda bir qol vurub.

Bənzər xəbərlər