featured-image-77753

“Roma” futbolçusu Paulo Dibalanın gələcəyi ilə bağlı qərar qəbul edib.

Msport.az xəbər verir ki, paytaxt təmsilçisi 32 yaşlı hücumçu müqaviləsini uzatmağı planlaşdırır.

Klub Dibalaya 2027-ci ilin yayına qədər yeni müqavilə təklif edib. Eyni zamanda, bu, oyunçunun maaşının azaldılmasını da nəzərdə tutur.

Daha əvvəl “Boka Xuniors” argentinalı oyunçu ilə maraqlandığı da yazılırdı.

Hazırkı mövsümdə Dibala bütün turnirlərdə 24 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər