“Roma” Endriki transfer etmək istəyir
“Roma” “Real”ın və Braziliya yığmasının hücumçusu Endriki heyətinə qatmaq istəyir.
Msport.az xəbər verir ki, 20 yaşlı braziliyalı futbolçunun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
Hücumçunun “Transfermarkt” portalında dəyəri 40 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Endrik ötən mövsümün ikinci yarısını icarə əsasında Fransanın “Lion” klubunda keçirib. O, bu komandanın heyətində 21 matçda 8 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı hücumçu DÇ-2026-da 4 qarşılaşmada iştirak edib.







