"Roma" iyulun 7-də Ronaldonun transferini açıqlaya bilər" - Paytaxt klubunun sabiq futbolçusu
“Roma”nın və İtaliya millisinin sabiq futbolçusu Andjelo Di Livio bildirib ki, paytaxt klubu yaxın vaxtlarda Kriştiano Ronaldo ilə müqavilə bağlaya bilər. Msport.az “Retesport”a istinadən xəbər verir ki, veteran futbolçu bununla bağlı belə deyib:
“Mən bir neçə mənbədən təsdiq almışam ki, “Roma” Ronaldo ilə müqavilə bağlamağa çalışır. Bildiyim qədəri ilə iyulun 7-də “Roma” portuqaliyalı futbolçunun keçidini açıqlaya bilər.
Bir çox veteran futbolçular hazırda bu haqda danışırlar.
Televiziyada işləyən bir yaxın dostum da dedi ki, o, bir neçə gün öncə klubun vacib menecerlərindən biri ilə naharda olub və ordada bu söhbət olub.