featured-image-70279

Daniele De Rossi tezliklə məşqçiliyə qayıda bilər.

Msport.az xəbər verir ki, “Torino” rəhbərliyi 42 yaşlı mütəxəssisi baş məşqçi postuna namizəd kimi nəzərdən keçirir.

Komandanın hazırkı çalışdırıcısı Marko Baroninin klubdakı gələcəyi isə böyük risk altındadır. “Buğalar” qarşıdakı 6-cı turda “Latsio”ya uduzacağı halda, onunla yolların ayrılması gözlənilir. Artıq klubla De Rossi arasında ilk müsbət təmasların qurulduğu qeyd olunur.

De Rossi sonuncu dəfə “Roma”da çalışıb. O, bu postu 2024-cü ilin yanvarından sentyabrına qədər icra edib.

Qeyd edək ki, “Torino” hazırda A Seriyasında 4 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Bənzər xəbərlər