“Roma”nın müdafiəçisi nəhənglərin hədəfində
“Roma”nın sağ cinah müdafiəçisi Uesli Fransa yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Msport.az xəbər verir ki, 22 yaşlı braziliyalı futbolçu üçün bir sıra Avropa nəhəngləri, o cümlədən “Barselona”, “Real”, “Mançester Siti”, “Arsenal”, “Tottenhem” və “Nyukasl” mübarizə aparır.
Hazırda ehtimal olunan transferin dəyərinin 60 milyon avrodan çox olduğu bildirilir. Ueslinin paytaxt təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Roma” gənc müdafiəçini ötən yay 25 milyon avroya transfer edib.
Qeyd edək ki, braziliyalı futbolçu “sarı-qırmızılar”ın heyətində bütün turnirlərdə ümumilikdə 37 matçda iştirak edərək 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







