featured-image-77466

“Napoli”nin futbolçusu Romelu Lukakunun karyerasını davam etdirmək üçün üstünlük verdiyi komanda müəyyənləşib.

Msport.az xəbər verir ki, 32 yaşlı hücumçu “Milan”a keçmək istəyir.

Hazırda tərəflər arasında rəsmi danışıqların aparılıb-aparılmadığı məlum deyil, lakin belçikalı forvardın agentləri tezliklə onun xidmətlərini “rossonerilər”ə təklif edəcək.

Lukakunun rəhbərliklə münaqişə səbəbindən yayda Neapol təmsilçisindən ayrılacağı gözlənilir.

Qeyd edək ki, Romelu Lukaku cari mövsüm “Napoli”də cəmi 7 oyunda (1 qol) meydanda olub. O, səhhətindəki problemlərə görə mövsümün böyük hissəsini buraxıb.

Bənzər xəbərlər