Ronald Kuman yenidən millidə işləyəcək
Ronald Kuman yenidən Niderland milli komandasını çalışdıracaq.
Msport.az Niderland mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis 2023-cü il yanvarın 1-dən yığmanın “sükanı” arxasına keçəcək. Milli komanda noyabrın 21-dən dekabrın 18-ə kimi Qətərdə keçiriləcək DÇ-2022-nin final mərhələsində Lui van Qalın rəhbərliyi altında çıxış edəcək.
R. Kuman 2018-2020-ci illərdə “narıncılar”ın baş məşqçisi olub. O, son olaraq ötən ilin oktyabrında “Barselona”dan istifaya göndərilmişdi.
Niderland millisinin hazırkı baş məşqçisi Lui van Qalın müqaviləsi ilin sonuna kimi nəzərdə tutulub.