featured-image-81661

“Qızıl top” sahibi Ronaldinyo İtaliyanın “Ravenna” klubunun yeni futbolçusu kimi təqdim olunub.

Msport.az xəbər verir ki, təqdimat mərasimi Ravenna şəhərində keçirilib.

Braziliyalı futbolçu səhnəyə klubun 10 nömrəli və üzərində öz soyadı yazılmış forması ilə çıxıb.

“Burada dostlarımla birlikdə olduğum üçün çox xoşbəxtəm. Bizim yaxşı işlər görə biləcək komandamız var. Oynayıb-oynamayacağımı bilmirəm, bunu yalnız məşqçi bilir. İtaliyaya qayıtmaq çox gözəldir. Mən buradayam ki, komanda yoldaşlarıma qalib gəlməkdə kömək edim. Gördüyünüz kimi, yaxşı formadayam və özümü yaxşı hiss edirəm. Karyeramda 300-cü qolumu vura bilsəm, bu, daha da möhtəşəm olar”, – deyə Ronaldinyo bildirib.

Ronaldinyo iyunda “Ravenna” ilə müqavilə imzalayıb. Braziliya millisinin sabiq futbolçusunun mart ayında 46 yaşı tamam olub. O, eyni zamanda klubun investorlarından biridir. Müqavilənin maliyyə və digər detalları açıqlanmayıb.

Bənzər xəbərlər