featured-image-82389

Portuqaliya milisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının “Abha”ya qarşı oyununda fərqlənib.

Msport.az xəbər verir ki, 41 yaşlı hücumçu bunu Səudiyyə Ərəbistanı Pro Liqasının 6-cı turunda baş tutan qarşılaşmanın 22-ci dəqiqəsində bacarıb.

Ronaldo künc zərbəsindən sonra Qabriel Anjelonun ötürməsini dəqiq tamamlayıb. Bu, portuqaliyalı futbolçunun peşəkar karyerasında 979-cu qolu olub.

Qeyd edək ki, “Əl-Nəsr” 2:1 hesabı ilə qalib gəlib. Ronaldo ilə yanaşı, meydan sahiblərinin heyətində Əl-Həmdan da fərqlənib. “Abha”nın yeganə qoluna isə Nabil Fekir imza atıb.

Bənzər xəbərlər