Ronaldo azarkeşin telefonunu sındırdı, sonra üzr istədi - Video
“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo “Everton”la Premyer Liqa matçından (0:1) azarkeşin telefonunu sındırdığı üçün üzr istəyib.
Msport.az xəbər verir ki, 37 yaşlı hücumçu şəxsi instaqram səhifəsində bu haqda yazıb.
Səfər matçının ardından Ronaldo paltardəyişmə otağına yollandığı vaxt azarkeşin əlindən vuraraq, telefonunu yerə salıb. Portuqaliyalı forvard belə anlarda emosiyalara hakim olmağın heç də həmişə asan olmadığını bildirib:
“Bununla belə, biz hər zaman hörmət, dözüm nümayiş etdirməli, gözəl oyunumuzu sevən gənclərə nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyir, ədalət və idman prinsiplərinə sədaqət əlaməti olaraq, mümkündürsə, həmin azarkeşi “Old Trafford” stadionundakı oyunumuza baxmağa dəvət edirəm”.Hazırda “Mançester Yunayted” 31 oyundan 51 xalla 7-ci pillədə gedir. Növbəti oyun aprelin 16-da evdə “Norviç”ə qarşı olacaq.