featured-image-3037

Sosial şəbəkələrdə Kriştiano Ronaldonun “Brayton”un vurduğu 3-cü qoldan sonra gülümsəməsi videosu yayılıb. “Brayton” İngiltərə Premyer Liqasının 36-cı turunda “Mançester Yunayted”i 4:0 hesabı ilə darmadağın edib.

Msport.az xəbər verir ki, video yayıldıqdan sonra ingiltərəli ekspertlər futbolçunun həmin vaxt nəyə gülə biləcəyini müzakirə ediblər. İngiltərə televiziyasında işləyən sabiq futbolçular Qrem Suness və Dion Dablin bu məsələyə münasibət bildiriblər.

Dablin: “Mən Ronaldonun güldüyü rolikə baxdım. Bu, çox şeydən xəbər verir. Fikirləşdim ki, axı o nəyə gülür? Onun ətrafındakı futbolçulara? Bəlkə fikirləşirdi, burda nə baş verir? Mən “Mançester Yunayted”dəyəm, ya hardayam? Mənim üçün bu epizod oyunu ideal şəkildə xarakterizə edir”.

Suness: “Hə, məlumdur o nə haqda düşünür. O fikirləşir ki, son dəfə mən burda olanda ətrafımda Kini, Skoulzu, Ferdinandı görmüşdüm. İndi isə ətrafımda bax, bunlardır.

Bənzər xəbərlər