featured-image-15095

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 11-ci turunda “Nyukasl”la oyundan (0:0) əvvəl klubun əfsanəvi məşqçilərindən Aleks Ferqyussonla görüşüb.

Msport.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Matçdan əvvəl ser Aleks portuqaliyalı hücumçuya bu yaxınlarda klub karyerasında 700-cü qolu vurması ilə bağlı mükafat təqdim edib. Ronaldo keçmiş məşqçisi ilə fotosunu paylaşaraq, “Həmişə sizin yanınızda olmağa şadam, boss” yazıb.

Bənzər xəbərlər