featured-image-6080

Yenidən İspaniya La Liqasına qayıdan “Valyadolid” müdafiə xəttini iki braziliyalı futbolçu ilə gücləndirmək istəyir. Msport.az UOL-a istinadən xəbər verir ki, klub Marselo və Dani Alvesi heyətə qatmaq niyyətindədir.

Marselo “Real”ı, “Dani Alves isə “Barselona”nı azad agent kimi tərk edir.

Klubun prezidenti olan əfsanəvi braziliyalı hücumçu Ronaldo vaxtilə millidə birgə çıxış etdiyi futbolçuları yanına gətirməklə “Valyadolid”ə diqqəti cəlb etmək və yeni sponsorlar tapmaq istəyir.

Fenomen ümid edir ki, Marselo və Dani Alves maaşlarının xeyli azalmasına razılıq verəcəklər. “Valyadolid” onlara əvvəl aldıqları qədər əməkhaqqı vermək iqtidarında deyil.

Ronaldonun komandası bir il Sequndada keçirdikdən sonra ötən mövsümün yekunlarına əsasən yenidən Primeroda oynamaq  hüququ qazanıb.

Bənzər xəbərlər