featured-image-3012

Kriştiano Ronaldo karyerasında ilk dəfə Çempionlar Liqasını (ÇL)  buraxa bilər.

Msport.az xəbər verir ki, bu gün İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində “Mançester Yunayted” “Brayton”a 0:4 hesabı ilə uduzduqdan sonra ÇL-ə düşmək şansını itirib.

“Sportinq”də debüt etdiyi 2002\2003 mövsümündən bu yana portuqaliyalı futbolçu qitənin ən nüfuzlu klub turnirində hər il oynayıb.

Əgər Ronaldo yayda komandasını dəyişməsə, o, ilk dəfə Çl-də mübarizə apaara bilməyəcək.

Xatırladaq ki, 37 yaşlı forvard “Mançester Yunayted”də 2021-ci ilin yayında qayıdıb. Ronaldo bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 39 oyunda 24 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər