Ronaldo mükafat aldı
Portuqaliya millisinin və “Əl-Nasr”in (Səudiyyə Ərəbistanı) hücumçusu Kriştiano Ronaldo “Portugal Football Globes 2025” mərasiminə qatılıb.
Msport.az xəbər verir ki, 40 yaşlı oyunçu Portuqaliya futbolunun inkişafına verdiyi töhfəyə görə “Globe Prestige” mükafatına layiq görülüb.
“Mən bilirəm, yəqin ki, bu mərasimlərdə məni görməkdən yorulmusunuz! Amma özümlə fəxr edirəm və xoşbəxtəm. Düşünürəm ki, hələ də yığmaya və futbola çox şey verə bilərəm”, — mükafatı qəbul edərkən Ronaldo belə deyib.
“Portugal Football Globes”in ilk mərasimində həm milli, həm də beynəlxalq səviyyədə ən yaxşı futbolçular təltif olunub. “Keçmişin irsindən ilham alaraq, Portuqaliya futbolunun qızıl bu gününü formalaşdıranlara hörmətimizi bildiririk və gələcəyi yaradanları təntənə ilə qeyd edirik” – deyə mükafatlanflrma mərasimində bildirilb.