featured-image-1193

“Mançester Yunayted”in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo cari mövsümü titulsuz başa vuracaq.

Msport.az xəbər verir ki, bu, Mançester klubunun Premyer Liqada “Everton”a 0:1 hesabı ilə uduzmasından sonra dəqiqləşib. “Qırmızı şeytanlar”  bu matçdan sonra çempionluq şansını itiriblər.

51 xalla 7-ci pillədə qərarlaşan komanda sona 7 tur qalmış lider “Mançester Siti”dən 22 xal geridədir.

Qeyd edək ki, Kriştiano Ronaldo klub səviyyəsində ilk titulunu 2006-cı ildə “Mançester Yunayted”in heyətində İngiltərə Liqa Kubokunu qazanmaqla əldə edib.

Bənzər xəbərlər