featured-image-80395

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatları tarixində antirekorda imza atıb.

Msport.az xəbər verir ki, 41 yaşlı futbolçu mundialların pley-off mərhələsində oyundan qol vurmadan ən çox matça çıxan hücumçu olub. Ronaldonun aktivində bu göstərici üzrə 10 oyun var.

Təcrübəli forvard dünya çempionatlarının pley-off mərhələsində indiyədək cəmi 1 qol vurub. O, DÇ-2026-nın 1/16 finalında Xorvatiya ilə görüşdə (2:1) penalti zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Bənzər xəbərlər