featured-image-6210

Kriştiano Ronaldoya məxsus olan “Bugatti Veyron” Mayorkada avtomobil qəzası törədib. Msport.az “Diario de Mallorca”ya istinadən xəbər verir ki, 2,1 milyon avro qiyməti olan avtomobil hərəkətin az olduğu yolda şəhərkənarında bir evə çırpılıb.

Nəticədə, içində qaz balonları saxlanılan tikiliyə ziyan dəyib.

Sükan arxasında Ronaldo özü olmayıb. Maşını onun işçisi idarə edirmiş.

Sürücü xəsarət almasa da, “Buqatti Veyron”un qabaq hissəsi xeyli əzilib.

Qeyd edək ki, “Mançester Yunayted”in portuqaliyalı ulduzu xanımı və uşaqları ilə birgə iyunun 14-dən Mayorkada istirahət edir.

Bənzər xəbərlər