featured-image-6013

Niderland futbolunun əfsanəsi Marko van Basten Lionel Messi və Kriştiano Ronaldo haqda fikirlərini bildirib.

Msport.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, 1988-ci ilin Avropa çempionu iki futbolçunu müqayisə edərkən belə deyib:

“Kriştiano Ronaldo böyük oyunçudur. Lakin onun Messidən üstün olduğunu söyləyənlərin futboldan anlayışı yoxdur və ya bunu pis niyyətlə deyirlər. Messi unikaldır. Onu təkrar etmək olmaz. Messi kimi futbolçu 50-100 ildən bir meydana çıxır. Uşaq ikən o, futbol dahisinin qazanına düşüb”.

Xatırladaq ki, bundan əvvəl van Basten öz versiyasına əsasən Ronaldo və Messini bütün zamanların ən yaxşı üç futbolçusu sırasına daxil etməmişdi. O, Pele, Dieqo Maradona və Yohan Kroyffu seçmişdi”.

Bənzər xəbərlər