featured-image-38491

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Avro-2024-ün seçmə mərhələsinin Bosniya və Herseqovina ilə qrup oyununda (5:0) xoşagəlməz hadisə ilə üzləşib.

Msport.az xəbər verir ki, ulduz futbolçu onunla şəkil çəkdirmək istəyən azarkeşin hücumuna məruz qalıb.

Hadisə birinci hissənin sonunda Ronaldu künc bayrağının yanında dayanarkən baş verib. Azarkeş meydançaya qaçaraq onu tutub. Lakin mühafizəçilər Ronaldunu fanatın əlindən ala biliblər.

media-ron

 

 

Bənzər xəbərlər