Ronaldu bir də İrana getsə... – 90 şallaq
Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu 99 şallaq zərbəsi ilə cəzalandırıla bilər.
Msport.az “Index HR” saytına istinadən xəbər verir ki, 38 yaşlı forvard yenidən İrana səfər edərsə, cəza tətbiq olunacaq.
İddiaya görə, buna portuqaliyalının davranışı səbəb olub. Ronaldu Asiya Çempionlar Liqasının “Persepolis”lə səfər oyunundan sonra (2:0) əlilliyi olan Fatimə adlı iranlı sənətçini qucaqlayaraq öpüb. O, bununla İrandakı ən sərt qanunlardan birini pozub.
Qeyd edək ki, Fatimə Ronaldunun böyük fanatıdır, ona görə də görüş onun üçün çox şey ifadə edirdi.