featured-image-70824

“Əl Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda “Əl Fateh”lə oyunda (5:1) fərqlənib.

Msport.az xəbər verir ki, bu, portuqaliyalı futbolçunun klub səviyyəsində 800-cü qolu olub.

40 yaşlı forvard klub səviyyəsində dünyada 800 qol vurmuş ilk futbolçu olub.

“Qızıl top”un 5 qat qalibi “Real”da 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Əl Nəsr”də 99 və “Sportinq”də 5 dəfə fərqlənib.

O, karyerası ərzində ümumilikdə 946 qol vurub.

Ronaldunun “Əl Nəsr”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər