Ronaldunun boşanarsa, ödəyəcəyi təzminat məlum oldu
Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu həyat yoldaşı Corcinya Rocerslə boşanarsa, ödəyəcəyi təzminat məlum olub.
Msport.az xəbər verir ki, bu bardə “Marca” nəşri məlumat yayıb.
Nigah müüqaviləsinə əsasən, tərəflər ayrılarsa, ulduz futbolçu xanımına ayda 100 min avro ödəməli olacaq.
Bundan başqa, ayrılıq halında Corcinya Madriddəki La-Finka rayonunda malikanəyə də sahib olacaq.
Onlar nigah müqaviləsi bağlayaraq övladlarının rifahına təsir edə və şəxsi həyatlarının məxfiliyini poza biləcək ağır hüquqi mübahislərin həllini hədəfləyirlər.







