Ronaldunun Premyer Liqadakı uğuru təkrarlandı
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Bernardu Silva Premyer Liqanın XIX turunda “Everton”a 3:1 hesabı ilə qalib gəldikləri oyunda məhsuldar ötürmə verib.
Msport.az xəbər verir ki, o, portuqaliyalı oyunçular arasında assistlərə görə ikinci olub.
Silva ötürmələrin sayını 37-ə çatdırıb və bu göstəricidə Kriştianu Ronaldu ilə bərabərləşib.
Ən çox assist edən portuqaliyalı isə Luis Nanidir – 43.







