featured-image-80750

Portuqaliya millisinin kapitanı və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbol meydanından kənarda növbəti böyük layihəsinə başlayır.

Msport.az xəbər verir ki, 41 yaşlı ulduz “Day 1s” adlı futbol mövzulu dram serialında həm icraçı prodüser, həm də aktyor kimi iştirak edəcək.

Bu, Ronaldonun karyerasındakı ən iri əyləncə layihələrindən biri hesab olunur. O, peşəkar futbolçu kimi çıxışını davam etdirməklə yanaşı, aktyorluq sahəsində də debüt edəcək.

Serialın süjeti Damian Lyuisin canlandırdığı məşhur futbol agenti Stenli Daltonun gerçək olmayan hekayəsi ətrafında qurulub. Layihə futbol agentlərinin fəaliyyəti, transfer danışıqları, münasibətlər və bu peşənin yaratdığı təzyiqləri pərdəarxası şəkildə tamaşaçılara təqdim edəcək. Dram elementləri yumorla da zənginləşdiriləcək.

Çəkilişlər artıq İngiltərədə start götürüb və bəzi səhnələr “Barnet” klubunun stadionunda lentə alınıb.

Bənzər xəbərlər