featured-image-1627

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “qırmızı şeytanlar”ın “Liverpul”a məğlubiyyətindən (0:4) sonra keçmiş komandasını tənqid edib.

Msport.az xəbər verir ki, irlandiyalı futbolçu “M.Y.”nun oyunçularında ürək olmadığını deyib:

“Qəzəb yoxdur. Qəzəb mövsümün əvvəlində var idi. İndi ümidsizlik, kədər var. Komandaya bir baxın: nə ürəyi var, nə ruhu, nə liderləri, nə də ustalıq səviyyəsi.

Bu hesabda təccüblü heç nə yoxdur. “Liverpul” hücuma çıxan istənilən anda qol vura bilərdi.

Klubun idarəçiliyində hərcmərclik hökm sürür. Azarkeşlərin klubun sahiblərinə ayıracaq vaxtları yoxdur. Onlara yeni məşqçi, yeni futbolçular lazımdır.

Bütün bunları izləmək çox kədərlidir. Bu, mən oynadığım klub deyil”.

Bənzər xəbərlər