Rudi Qarsiya Belçika millisindən ayrılır - RƏSMİ
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya ilə müqavilənin müddəti uzadılmayacaq.
Msport.az xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Fransalı mütəxəssisin müqaviləsinin müddəti iyulun 31-də başa çatır.
Rudi Qarsiya ötən il fevralın 1-də Domeniko Tedeskonu yığmada əvəzləmişdi. Belçika onun rəhbərliyi altında Millətlər Liqasında A divizionunda yerini saxlaya bildi və DÇ-20260ya vəsiqə qazandı.
Belçikalılar dünya çempionatının 1/4 final mərhələsində İspaniyaya uduzaraq mübarizəni dayandırdılar.







