featured-image-38278

“Ural”ın hücumçusu Erik Bikfalvi Premyer Liqanın XI turunun “Lokomotiv”lə matçında fərqlənərək, Rusiya çempionatlarında 50-ci qolunu vurub.

Msport.az xəbər verir ki, rumıniyalı forvard RPL-də bu göstəriciyə çatan 12-ci əcnəbi futbolçu olub.

Bikfalvi Azərbaycan millisinin və “Alaniya”nın sabiq hücumçusu Nazim Süleymanov və almaniyalı Kevin Kuranyi ilə qollarının sayını bərabərləşdirib.

Rusiya Premyer Liqasında rekord 185 matçda 90 qol vuran “Spartak”ın forvardı Kvinsi Promesə məxsusdur.

Bənzər xəbərlər