featured-image-78258

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi bütün dövrlərin ən yaxşı məşqçisinin adını açıqlayıb.

Msport.az xəbər verir ki, Runi Aleks Ferqyusonla Pep Qvardiolanın müqayisəsinə münasibət bildirib:

“Ferqyuson bütün dövrlərin ən böyük məşqçisidir. Amma Pep öz nəslinin ən yaxşısıdır və bunu böyük fərqlə edir. İnsanlar Qvardiolanın 10 il ərzində klubuna sadiq qalmasından danışırlar, bu, inanılmazdır. Lakin Ferqyuson 26 il “Mançester Yunayted”də çalışıb. Bir klubda 26 il keçirmək heyrətamiz göstəricidir.

Ser Aleks “Mançester Yunayted”ə gələndə vəziyyət tam fərqli idi. O, klubu demək olar ki, sıfırdan quraraq yenidən İngiltərə futbolunun gücünə çevirdi. Pepin isə buna ehtiyacı olmayıb. Amma onun tam dominantlıq baxımından əldə etdikləri də danılmazdır”.

Bənzər xəbərlər