“Rusiyada oyundan əvvəl araq içmək, Türkiyədə isə duşda siqarət çəkmək normal sayılırdı”
“Real”ın və “Alaniya” klubunun sabiq futbolçusu Royston Drente Rusiyadakı karyerası ilə bağlı xatirələrini bölüşüb.
Msport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Vladiqafqaz təmsilçisində çox sevildiyini bildirib.
O, komandada rastlaşdığı maraqlı hadisələri də xatırlayıb: “Komanda yoldaşlarım, hətta məşqçimiz də arağı çox sevirdi. Matçlardan əvvəl futbolçular araq içirdilər. Amma mən viskini üstün tuturdum. Meydançaya çıxmazdan əvvəl orada içki içmək normal idi. Türkiyədə isə matçlardan sonra duşda siqaret çəkmək normal qarşılanırdı”.
Qeyd edək ki, Drente 2023-cü ilin noyabrında karyerasını başa vurub.