Rusiyalı hücumçu 29 yaşında öldü
Rusiyanın “Spartak” klubunun keçmiş futbolçusu Aleksandr Kozlov 29 yaşında vəfat edib.
Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş hücumçu tromb damarının qırılması nəticəsində ölüb.
O, 2010-2016-cı illərdə Moskva klubunun heyətində 28 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Kozlov karyerası ərzində “Ximki”, “Tosno”, “Fakel” və “Tümen” kimi klubların da formasını geyinib.