Rusiyalı mütəxəssis: "Qurban Qurbanovun yanına getməkdən məmnun olardım"
Rusiyanın “Torpedo” klubunun yeni baş məşqçisi Andrey Talalayev “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanovdan danışıb.
Msport.az xəbər verir ki, 50 yaşlı çalışdırıcı “Sport-express” nəşrinə müsahibəsində həmyaşıdının təcrübəsindən yararlanmaq istədiyini bildirib.
O deyib ki, Qurbanovun yanına getməkdən məmnun olardı: “Orta büdcəli komandalarda ortabab oyunçularla Avropa arenasında mümkün olan maksimum uğur qazanan məşqçidir. Bu gün mənə məşqçi kimi daha çox belə variantlar lazımdır”.
Qeyd edək ki, Andrey Talalayev bu gün “Torpedo” ilə müqavilə bağlayıb.