"Sabah" autsayderə də qalib gələ bilmədi
Azərbaycan Premyer Liqasının XXIII turunun bağlanış oyununda “Səbail” və “Sabah” komandaları heç-heçə ediblər.
Msport.az xəbər verir ki, “ASCO Arena”da keçirilən görüşdə qapılara qol vurulmayıb.
17 xalı olan “dənizçilər” turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb. “Sabah” isə 32 xalla 5-cidir.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Turan Tovuz” “Araz Naxçıvanı”, “Qarabağ” “Neftçi”ni 1:0 hesabı ilə üstələyib. “Sumqayıt” isə evdə “Zirə”yə məğlub olub – 0:3. “Kəpəz” – “Şamaxı” qarşılaşması isə heç heçə bitib – 1:1.