“Sabah” avrokuboklarda heç-heçə etmir
“Sabah”ın avrokuboklarda doğma meydanda baş tutan 14 matçında heç-heçə qeydə alınmayıb.
Msport.az xəbər verir ki, Bakı təmsilçisi bu qarşılaşmalarda 8 qələbə qazanıb, 6 dəfə isə məğlub olub.
Bundan əlavə, komandanın UEFA bayrağı altında keçirdiyi ümumilikdə 27 görüşün heç biri qolsuz başa çatmayıb.
Qeyd edək ki, ötən gün Bakı Olimpiya Stadionunda baş tutan “Sabah” – “Barselona” matçı Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.







