"Sabah" Çempionlar Liqasına qələbə ilə başladı
UEFA Çempionlar Liqasında 2026/27 mövsümünə start verilib.
Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” 1-ci təsnifat mərhələsində Uelsin TNS klubu ilə qarşılaşıb.
İlk dəfə Çempionlar Liqasına qatılan “Sabah” 2:0 hesabı ilə qələbə qazanıb.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
7 iyul
20:00. “Sabah” (Azərbaycan) – TNS (Uels) – 2:0
Ool: Velko Simiç, 66, Kaheem Parris, 83
Qırmızı vərəqə: Zedadka, 90+2 (“Sabah”)
Baş hakim: Patrik Qriskieviç (Polşa)
Masazır stadionu
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 14-də Osvestridəki (İngiltərə) “Park Hall”da keçiriləcək.







