featured-image-71936

Azərbaycan Premyer Liqasının XII turunda “Şamaxı”nı qəbul edəcək “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas bir neçə futbolçusunun xidmətindən məhrumdur.

Msport.az xəbər verir ki, heyətdə cəzalı yoxdur.

Zinəddin Uld Xaled, Pavol Şafranko, Neqoş Kupusoviç və Boyan Letiçin zədə səbəbindən “Şamaxı”ya qarşı oynamayacaqlar. Akim Zedadkanın durumu isə qeyri-müəyyəndir.

Qeyd edək ki, “Sabah” – “Şamaxı” oyunu noyabrın 23-də “Bank Respublika Arena”da keçiriləcək.

Bənzər xəbərlər