featured-image-65908

“Sabah”da işlədiyim dövrlə fərx edirəm. İkinci mövsümdə çox gözəl komanda yığdıq, hər şey yoluna düşdü”.

Msport.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə “Krasnodar”la Rusiya çempionu olmuş “Sabah” klubunun sabiq baş məşqçisi Murad Musayev yerli mətbuata açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan təmsilçisini ölkəsinin komandasına dəyişməsindən danışıb: “Bir neçə günlük Krasnodarda oldum, Vladimir Leonidoviç bundan xəbər tutdu və məni görüşə dəvət etdi. Sual verdi ki, namizədliyinizi nəzərdən keçirə bilərikmi. Mən isə dedim ki, “Sabah”ı tərk edib, klub rəhbərliyini ruhdan sala bilmərəm.

Komanda Azərbaycan çempionatını ikinci pillədə bitirib, avrokuboklara vəsiqə qazanmışdı. Həmin mövsümdən sonra anladım ki, gec-tez evə qayıtmaq və bacarmadığım şeyi etmək – Rusiya çempionluğunu qazanmaq istəyirəm. Başa düşdüm ki, məşqçi kimi böyümüşəm, özümü inamlı hiss edirdim. Böyük sözlər vermək istəmirdim. Amma o an “Krasnodar”a qayıtmaq və çempionluq qazanmaq arzusunda idim”.

Bənzər xəbərlər