featured-image-80546

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” II təsnifat mərhələsində ilk oyuna çıxıb.

Msport.az xəbər verir ki, Bakı klubu Finlandiyanın “KuPS” komandasını qəbul edib.

“Bank Respublika Arena”da keçirilən görüş Valdas Dambrauskasın yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan çempionunun heyətində qalibiyyət qolunu 45+1-ci dəqiqədə Velko Şimiç vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Kuopio şəhərində keçiriləcək.

Bənzər xəbərlər