"Sabah"dan Murad Musayev açıqlaması: "Başqa versiya müzakirə edilməyib"
“Sabah” baş məşqçi Murad Musayevin Rusiyanın “Şinnik” klubunun maraq dairəsində olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Bakı təmsilçisinin mətbuat katibi Elnur Həmidov Msport.az saytına açıqlamasında rusiyalı mütəxəssisin klubla müqaviləsi olduğunu xatırladıb.
O bildirib ki, Rusiya mətbuatında oxşar xəbərlər əvvəllər də yer alıb: “Baş məşqçimiz hazırda komandanın sükanı arxasındadır və başqa versiya ümumiyyətlə müzakirə edilməyib”.
Qeyd edək ki, Rusiya KİV-inin yaydığı məlumatda “Şinnik”in koordinatoru Aleksandr Pobeqalovun Murad Musayevlə görüşmək üçün Azərbaycana gəldiyi və 40 yaşlı mütəxəssislə danışıq aparacağı bildirilib.







