“Sabah” darmadağınla yarımfinalda
Azərbaycan Kubokunda ikinci yarımfinalçı bəlli olub.
Msport.az xəbər verir ki, “Sabah” kuboku qazanmaq şansını davam etdirib.
Paytaxt təmsilçisi 1/4 final mərhələsinin cavab oyununda “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib. Qəsəbə komandasının qollarını 55-ci dəqiqədə Anatoli Nuriyev, 71-ci dəqiqədə Xəyal Əliyev, 82-ci dəqiqədə Coy-Lens Mikels və 90+3-cü dəqiqədə Amin Seydiyev vurub.
Komandalar arasında baş tutan ilk qarşılaşmada hesab açılmamışdı. “Sabah”ın yarımfinaldakı rəqibi 1/4 finalın “Neftçi” – “Kəpəz” cütünün qalibi olacaq.
Qeyd edək ki, bu gün keçirilən ilk oyunda “Səbail”i 3:1 hesabı ilə məğlub edən “Qarabağ” da yarımfinala yüksəlib.