featured-image-70624

Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukranya ilə oyundan öncə mətbuat konfransına qatılıb.

Msport.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu əvvəlcə sabahkı matç haqqında danışıb:

“Sabah çox yaxşı komandaya qarşı oynayacağıq. Rəqibi təhlil eləmişik, müəyyən tapşırıqlar almışıq. Bu oyuna hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Amma sabah maksimal nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.

-Fransa ilə çətin oyundan sonra Krakova gəldiniz. Tam bərpa ola bilmisiz?

-Hesab edirəm ki, hazırlığımız yaxşı keçib. Əsas odur ki, biz psoxoloji olaraq hazırıq. Fransa ilə görşdə yaxşı mübarizə apardıq, çox yorulduq. Sabah da yaxşı oyun olacaq və daha çox yorulacağıq. Rəqibi tanıyırıq. Yaxşı komandamız var. Sabah ağıllı oynamalıyıq və özümüzə inanmalıyıq. İstədiyimiz nəticəni əldə etmək üçün sabah döyüşməliyik. Qrupumuzda güclü komandalar var. Sabah qazanılacaq xal və ya xalla qrupda yerimizi dəyişə bilər”.

Bənzər xəbərlər