"Sabah"ın rəqibində iki ayrılıq
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”ın rəqibi olan “Hapoel”də (Beer-Şeva) iki ayrılıq baş verib.
Msport.az xəbər verir ki, bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb.
Mor Siman Tov Kiryat Şmona Hapoel”inə, Yoav Koren isə “Makkabi”yə (PetaH-Tikva) icarəyə verilib. Hər iki futbolçu yeni mövsümdən adıçəkilən klublarda çıxış edəcək.
Qeyd edək ki, “Sabah”la “Hapoel” arasında ilk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Komandalar arasında cavab matçı isə avqustun 25-də Bakıda olacaq.







