featured-image-72046

Azərbaycan Premyer Liqasının XII turu “Sabah” üçün yubiley heç-heçəsi ilə əlamətdar olub.

Msport.az xəbər verir ki, Bakı klubu turnirdə 60-cı dəfə meydandan bir xalla ayrılıb.

Bu, “Şamaxı” ilə qarşılaşmaya təsadüf edib – 0:0. “Sabah” Premyer Liqada keçirdiyi 223-cü matçda 60-cı sülhlə kifayətlənib. Paytaxt təmsilçisi çempionatlar tarixində 60 və ya daha çox heç-heçə edən 14-cü komandadır. Bakılılar evdə 32, səfərdə 28 dəfə bərabərə qalıb.

Qeyd edək ki, yarışın 33 illik tarixində ən çox heç-heçə edən komanda “Neftçi”dir – 222.

Bənzər xəbərlər