“Sabah”la oyunöncəsi daha bir itki
Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Sabah”ı qəbul edəcək “Mançester Yunayted”in heyətlə bağlı problemləri davam edir.
Msport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, daha bir aparıcı oyunçunun bugünkü görüşü buraxması gözlənilir.
Belə ki, sol cinah müdafiəçisi Lük Şou zədədən əziyyət çəkir. Halbuki o, cari mövsüm Premyer Liqanın hər üç matçında start heyətində meydana çıxıb. Baş məşqçi Maykl Karrik həftəsonu Mançester derbisində “Mançester Siti” ilə keçiriləcək görüşü nəzərə alaraq, Şounu bugünkü qarşılaşmada riskə atmaq istəmir.
Qeyd edək ki, bu gün “Old Trafford”da keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







