“Sabah” “Neftçi”ni məğlub etdi
Azərbaycan Premyer Liqasında sonuncu – 36-cı tur oyununda “Sabah” “Neftçi”yə qalib gəlib.
Msport.az xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşün taleyini 1 qol həll edib – 1:0.
Yeganə qolu 64-cü dəqiqədə Cesse Sekidika “ağ-qaralar”ın qapısından keçirib. “Sabah” 48 xalla turnir cədvəlini beşinci, 43 xala malik “Neftçi” isə altıncı pillədə başa vurub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” səfərdə “Səbail”i (4:1), “Qarabağ” isə “Şamaxı”nı (1:0) məğlub edib. Tura mayın 25-də yekun vurulacaq.