"Sabah" "Real"ın ilk səs-küylü transferi haqqında məlumat verəcəm" - Florentino Peres
“Real”ın prezidenti Florentino Peres bəyan edib ki, yaxın vaxtlarda səs-küylü transfer edəcəklər.
Msport.az xəbər verir ki, o, yeni futbolçunun adını sabah açıqlayacaqlarını deyib:
“Cümə axşamı “Real”ın ilk səs-küylü transferi haqqında məlumat verəcəm. Hamı bilir ki, mənim idman proektim nədən ibarətdir. Heyətdə ən yaxşı futbolçulara malik olmaq və qələbələr qazanmaq”.
Madrid klubu ötən mövsüm La Liqada 2-ci yeri tutub.







