featured-image-65588

AFFA İntizam Komitəsi “Sabah” və “Neftçi”nin futbolçularının cəzasını açıqlayıb.

Msport.az xəbər verir ki, 36-cı turda keçirilən paytaxt derbisində bu klubların heyətində müvafiq olaraq Sofian Çakla və Edvin Kuç qırmızı vərəqə almışdı.

Çakla ciddi qayda pozuntusuna, Kuç isə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə meydandan qovulmuşdu. Buna görə, “Sabah”ın oyunçusuna 2, “Neftçi”nin üzvünə isə 1 matçlıq sanksiya kəsilib. Həmçinin “Sabah” 1500, “Neftçi” 1000 manat cərimə olunub.

“Turan Tovuz” – “Kəpəz” qarşılaşmasının isə fasiləsində meydançaya kənar şəxslər daxil olduğundan, meydan sahibləri 800 manat cərimə edilib.

Bənzər xəbərlər