Sabiq “Liverpul”lu Türkiyəyə köçür
Fabinyo karyerasını Türkiyə çempionatında davam etdirəcək.
Msport.az xəbər verir ki, “Liverpul”un sabiq yarımmüdafiəçisi “Trabzonspor” ilə şifahi razılıq əldə edib.
Braziliyalı futbolçunun yaxın 1-2 gün ərzində Türkiyəyə yollanacağı gözlənilir. Bundan əvvəl “Trabzonspor”a “Liverpul”un sabiq vingeri Muhamed Salah da keçib. Fabinyonun son klubu “Əl-Ittihad” olub. O, bu klubdan azad agent kimi ayrılıb.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 30 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.







