featured-image-78430

“Qalatasaray”ın sabiq futbolçusu Tanquy Ndombele yenidən Türkiyəyə geri qayıda bilər.

Msport.az xəbər verir ki, “Nitsa”nın futbolçusu birinci liqaya geri qayıdan “Bursaspor” Ndombele ilə danışıq aparır.

“Timsahlar” yarımmüdafiəçidən ilkin razılıq alıb. Onun “Nitsa” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Ndombele “Amyen”, “Lion”, “Tottenhem”, “Napoli”, “Qalatasaray” klublarının formasını geyinib.

Bənzər xəbərlər